Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatının müəllifləri Ukrayna tərəfinin qəddarlığı və cinayətləri barədə susurlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya nümayəndə heyəti Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında çıxış edib.
Rusiya Federasiyasının məlumatına görə, hesabatda Ukrayna tərəfindən insan haqlarının geniş miqyaslı pozulmasından bəhs edilmir.
“Hətta bu natamam hesabatlarda, Kiyev tərəfindən qondarma satqınların təqib edilməsi və öldürülməsi, zorla yoxa çıxma halları eləcə də uşaqların özbaşına saxlanması halları var”.
Qeyd edək ki, bunu Rusiya nümayəndə heyətinin nümayəndəsi Yaroslav Yeremin bildirib.
O, hüquq-mühafizə orqanlarının müxtəlif işgəncə və zorakılıqlarını, rusiyalı məhbusların saxlandığı dəhşətli şəraiti də xatırladıb.
Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının 25 məhkəməsiz edam və 113 ağır işgəncə hadisəsini, o cümlədən yaralı rus hərbi əsirləri sənədləşdirdiyini etiraf edən Yeremin, Kiyev-Peçersk Lavrasının tutulması ilə bağlı qəbuledilməz vəziyyətə də diqqət yetirməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB