...Ölkəmizi məhv etmək üçün hər hansı bir təcavüz cəhdi olarsa, bu halda Belarus dövləti bütün silahlardan istifadə edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko nüvə silahından istifadə ehtimalını qiymətləndirərkən bildirib.
Rusiyanın taktiki nüvə silahlarının istifadəsinə səbəb nə ola bilər sualını cavablandıran Belarus rəhbəri, buna cavab olaraq Belarusun xarici təcavüzə simmetrik reaksiya verəcəyini bildirib.
Lakin bu heç də o demək deyil ki, Rusiya taktiki nüvə silahı Belarus ərazisində yerləşdiriləcək düşmənə cavab olaraq istifadə olunacaq: “Biz öz təşəbbüsümüzlə Belarusun sərhədini keçməyəcəyik. Heç vaxt. Kifayət qədər torpağımız var. Biz heç kimə hücum etməyəcəyik. Amma biz əcnəbi əsgərin və ya dost olmayan əcnəbinin çəkməsini sərhədimizdən içəri keçirməsinə icazə verməyəcəyik. Əgər bu baş verərsə, biz simmetrik, adekvat reaksiya verəcəyik. Qarşılaşmaq üçün kifayət qədər başqa silahlarımız da var”.
Deyim ki, Belarus liderinin dedikləri mənə bizdə olan o məhşur məsəli xatırladır, nə isə...
Aleksandr Lukaşenko daha sonra Belarusun heç vaxt birinci hücuma keçməyəcəyini, lakin ölkəni məhv etmək cəhdi olarsa, bütün silahlardan istifadə edəcəyini bəyan edib.
Bütün bunlarla yanaşı, Belarus rəhəri Minskin təcavüzkarlara bərpası mümkün olmayan zərər vurmağa hazır olduğunu da gizlətməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB