Türkiyə Radio və Televiziya Qurumunun (TRT) və Afrika Yayım Birliyinin töhfələri ilə keçirilən TRT Afrika I Yayım Sammitində TRT Afrikanın təqdimatı olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
İstanbulda keçirilən sammitdə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, TRT-nin Baş direktoru Mehmed Zahid Sobacı və Afrika Yayım Birliyinin rəhbəri Gregiore Ndjaka çıxış ediblər. Sammiti Afrika Yayım Birliyinə üzv olan təxminən 30 ölkənin yayım orqanlarının rəhbərləri və media mənsubları izləyib.
Zirvədə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib: “Türkiyə olaraq media və kommunikasiya sahəsində bütün imkan və təcrübəmizi Afrika ölkələri və afrikalı qardaşlarımızla bölüşməyə hazırıq. TRT-nin ötən ilin may ayında yayıma başlayan ''TRT French'' kanalı fransız dilinin istifadə edildiyi ölkələrə Türkiyə haqqında dəqiq məlumat çatdırmaq, eləcə də Afrika ilə bağlı prosesləri dünyaya çatdırmaq imkanı yaradıb.
Bu gün TRT, TRT Afrika ilə beynəlxalq yayım zəncirinə yeni və güclü bir halqa əlavə edərək, beynəlxalq xəbər platformalarının sayını 7-yə çatdırdı. TRT Afrika bu böyük qitənin mədəniyyətini, tarixini, ictimai həyatını, siyasi inkişaflarını və izah edilməmiş simasını çatdırmaq üçün yayım həyatına başlayır''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB