Türkiyə taxıl diplomatiyasını uğurla davam etdirir

Türkiyə taxıl diplomatiyasını uğurla davam etdirir

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başlanandan bəri bütün dünyanı təlaşa salan qida böhranı qardaş Türkiyənin strateji tədbirləri sayəsində aradan qalxmaqdadır. SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, martın 19-da əldə olunan növbəti qərar əsasında son iki həftədə Qara dənizdəki xüsusi nəqliyyat dəhlizi ilə 1.3 milyon ton taxıl daşınıb. Bildirilir ki, indiyədək “taxıl dəhlizi” ilə daşınmanın həcmi 25 milyon tonu ötüb.

Xatırladaq ki, Türkiyə Qara dənizlə daşınan taxılı öz ərazisindəki limanlarda qurulmuş fabriklərdə üyüdərək un şəkilində paylaşdırmağı planlaşdırıb. Bu addım hazırda ən böyük qlobal təhdidlər sırasında yer alan qida böhranının aradan qaldırılması üçün növbəti strateji addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə