Suriyada fırtına həyatı iflic edib

Suriyada fırtına həyatı iflic edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Morek və Cibren kəndlərində divarların uçması nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həyatını itirib.

Fırtına evlərin dam örtüyünü, divarlarını uçurub. Binalardan düşən daş və dağıntılar səbəbindən bəzi avtomobillərə ciddi ziyan dəyib.

Suriyanın Aralıq dənizindəki bütün limanlarında nəqliyyatın hərəkəti dayandırılıb.

Vətəndaş müharibəsi səbəbilə minlərlə insanın didərgin düşdüyü ölkənin şimalındakı çadır şəhərciyinə sığınanlar çətin anlar yaşayıblar. Çox sayda çadır yararsız hala düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə