Ekofəallar parlament binası qarşısında etiraz aksiyası keçirib

İspaniyada iqlim dəyişikliyinə qarşı mübarizə aparan ekofəallar parlament binası qarşısında etiraz aksiyası keçirib. SİA ​​​​​xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar parlament binasının əsas girişinə qırmızı boya atıb.

Bütün ispanları etiraza çağıran ekoloqlar iqlim hərəkatlarına qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər.

Polis qısa müddətdə müdaxilə edərək 8 nümayişçini saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə