Puşilin “az qalıb” deyir, Priqojin isə...

Deməli, bu, yox, artıq ötən gün Donetskin “şefi”(?) Denis Puşilin ekstrasenslik edərək, Artemovskın (Baxmut) azad edilməsinin uzun sürməyəcəyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, “Rossiya 24” telekanalının efirindən danışıb.

Beləliklə, Puşilinin sözlərinə görə, Artemovsk (Baxmut) azad edilməkdə davam edir, yəni “Vaqner” PMC-nin bölmələri bir neçə istiqamətdə işləyirlər.

Lakin Kiyevdən şəhərin təhvil verilməsi ilə bağlı heç bir əmr olmadığını deyən, Donetsk “şefi” əminliklə, çoxlu sayda ukraynalı əsgər öldürdüklərini bildirib.

Puşilinin dediyinə görə, rus bölmələri şəhərin ən azı 70 faizinə nəzarət edirlər.

“Bu daha nə qədər davam edəcək? Dəqiq tarix demək çətindir, amma mənim dərin inamıma görə, bu müddət uzun sürməyəcək”.

Qeyd etdiyimiz kimi, bunu Puşilin deyib, amma “Vaqner” PMC-nin “yaradıcısı” Yevgeni Priqojin isə bir az da irəli gedərək Artemovskdakı Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, hamısını məhv etdiklərini bildirib.

Maraqlıdır, bəs onda nəyi gözləyirsiniz?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə