Mexikoda şiddətli yağış sel əmələ gətirib

Meksikanın paytaxtı Mexikoda şiddətli yağış sel əmələ gətirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, fırtına ilə müşahidə edilən yağış bir sıra fəsadlara yol açıb.

Təbiət hadisəsi 5 nəfərin həyatına son qoyub. Hidrometeroloqlar narıncı hava xəbərdarlığı elan ediblər. Bəzi ərazilərdə torpaq sürüşməsi də baş verib.

Ölənlərdən ikisi torpaq altında qalıb. Alvaro Obregon bölgəsində 52-dən çox binaya ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə