Əgər mən hakimiyyətdə olsaydım...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, əgər o, hakimiyyətdə olsaydı, Rusiya Ukraynada heç bir xüsusi hərbi əməliyyat-filan keçirməzdi. Qeyd edək ki, Tramp burada bir az hissə qapılaraq, artıq Rusiyanın Ukraynanı tamamilə ələ keçirəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, amerikalı siyasətçi bunu cümə axşamı, martın 30-da “Fox News”a müsahibəsində deyib.

Tramp onu da vurğulayıb ki, prezident Putin vəzifədə olduğu müddətdə Ukraynada xüsusi hərbi əməliyyat keçirməzdi. Bu, yalnız Cozef Baydenin dövründə mümkün oldu. İndi isə söhbət Rusiyanın Ukraynanı tamamilə ələ keçirməsinə gedir.

“Mən prezident olsaydım, Putin üçün daha yaxşı olardı, çünki o, Ukraynaya getməzdi. Amma indi Rusiya bütün ölkəni ələ keçirəcək”.

Qeyd etdiyimiz kimi, ABŞ-ın keçmiş prezidenti bəyan edib bunu.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Donald Tramp canıyananlıq edərək, ABŞ-da prezident seçkiləri keçirildiyi dövrdə Ukraynanın tamamilə məhv ola biləcəyi demişdi.

...Mən 24 saat ərzində Ukraynada sülhə nail ola bilərəm, ancaq ABŞ prezidenti seçildikdən sonra.

...Necə deyərlər, “halal olsun”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə