Medvedev bu petisiyanı apokaliptik cəfəngiyyat adlandırıb

Bu arada Dmitri Medvedev ABŞ-ın nüvə silahlarının Ukraynada yerləşdirilməsinə çağıran petisiyanı apokaliptik cəfəngiyyat adlandırıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq yazı bu gün, martın 30-da Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavininin Telegram-kanalında yer alıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin rəsmi portalında dərc olunan Ukraynada nüvə silahının yerləşdirilməsi ilə bağlı petisiyaya cavab verən Dmitri Medvedev həmişəki kimi bunu özünün adi kinayəli üslubu ilə şərh edib.

Kinayə də ki, nə kinayə. Məsələn Medvedev təklif edib ki, yalnız “ən aktiv Natsiklər” belə bir petisiya ilə “öz narkotik prezidenti” Zelenskiyə müraciət edə bilərlər.

Medvedev hesab edir ki, ruslar Ukraynaya qarşı qabaqlayıcı nüvə zərbəsi üçün ölkə hakimiyyətinə petisiya göndərməlidirlər.

“Əgər demensiyadan əziyyət çəkən baba (...təbii ki, Medvedev burada Baydeni nəzərdə tutur-A.B.) hələ də çamadanını ağ toz həvəskarına hədiyyə edirsə və yaxud Kiyevə növbəti səfər zamanı təsadüfən itir...”

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin saytında ABŞ-ın nüvə silahının Ukraynada yerləşdirilməsinə və ya “Ukraynanı nüvə silahına malik dövlətə çevirməyə” çağıran petisiya peyda olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə