“Hücum Qvardiyası”na qoşulmaq istəyənlərin sayı artır

Bu arada “Hücum Qvardiyası” briqadalarına qəbul üçün 35.000 ərizə qəbul edilib. Bunlardan 16 mindən çoxu Milli Qvardiyanın tərkibində olan bölmələrdədir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Milli Qvardiyanın spikeri Ruslan Muzıçuk vahid xəbər marafonu zamanı deyib.

Onun dediyinə görə, iki ay ərzində Daxili İşlər Nazirliyinin bütün idarələrinə daxil olan müraciətlərin ümumi sayı 35 mindən bir qədər çoxdur. 16 mindən çox isə məhz bizim idarələrə aid olan müraciətlərdir..

Muzıçuk, müraciət edənlərin təxminən 10 faizinin artıq hərbi hissələrə yazıldıqlarını da bildirib.

Qeyd edək ki, fevral ayında Ukrayna Daxili İşlər Nazirliyi Luqansk, Donetsk və Krımı azad edəcək “Hücum Qvardiyası”nın tərkibində səkkiz hücum briqadası yaratmağa başlayıb. Bu bölmələr döyüş təcrübəsi olan könüllülər və polis əməkdaşlarından formalaşdırılır.

Verilən xəbərlərə görə, Milli Qvardiyanın (Qasırğa, Krasnaya Kalina, Kara-Dağ, Rubej, Spartan və Azov), Dövlət Sərhəd Xidmətinin (Polad Sərhəd) və Milli Polisin (Qəzəb) briqadalarına könüllülərin qəbulu aprelin 1-dək davam edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə