...Qərb olmasaydı, Ukraynada münaqişə çoxdan bitərdi. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Kubanın “Prensa Latina” xəbər agentliyinə müsahibəsində bildirib.

Lavrovun sözlərinə görə, Qərb bu münaqişədə birbaşa iştirak edir. Yəni Kiyevə müasir silahlar verir, onları Rusiyanı məğlub edəcəklərinə inandırır.

“Bu, xarakterik bir etirafdır. Bunun yalnız bir mənası var: Qərb bu müharibənin birbaşa iştirakçısıdır. O olmasaydı, bu, çoxdan bitərdi və 2014-cü ildə dövlət çevrilişi başlayandan Ukrayna adlanan ölkənin bütün rusdilli əhalisi üzərində “asılan” təhdidləri aradan qaldırmağa imkan verərdi”.

Rusiyalı xarici işlər naziri bildirib bunu.

Xatırladaq ki, bundan əvvəl Sergey Lavrov NATO ölkələrinin faktiki olaraq Kiyev rejiminin tərəfində vuruşduğunu bildirmişdi.

Yeri gəlmişkən, Lavrovun sözlərinə görə, guya Qərb Ukraynadakı münaqişəni dayandırmaq istəmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə