Vatikanın sözçüsü: Papa Fransiskin vəziyyəti hazırda qənaətbəxşdir

Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni xəstəxanada müalicə olunan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyətinin getdikcə yaxşılaşdığı bildirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, M.Bruni xəstəxanaya yerləşdirilən və tənəffüs yolu infeksiyası diaqnozu qoyulan Papa Fransiskin gecə yaxşı istirahət etdiyini deyib. Qeyd edib ki, klinik mənzərə getdikcə yaxşılaşır və planlaşdırılan müalicələr davam edir.

Papa Fransisk xəstəxana kilsəsində dua edib, dəstək mesajları üçün hər kəsə təşəkkürünü bildirib.

İtaliya Prezidenti Sercio Mattarella da Papa Fransiskə həmrəyliyini bildirib, tezliklə sağalması üçün ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, 86 yaşlı Fransisk ötən gün təcili yardım avtomobili ilə İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə