Həkimlər şurası yaxın günlərdə Saakaşviliyə baş çəkəcək

Bu arada Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani, Ombudsmanın yaratdığı həkimlər şurasının yaxın günlərdə ölkənin eks-prezidenti Mixail Saakaşviliyə baş çəkəcəyini bildirib.

İoselianinin sözlərinə görə, Saakaşvili ilə nə vaxt və nə qədər tez-tez görüşəcəyinə şura özü qərar verir.

Polşa həkimlərinin Saakaşviliyə qəbuluna gəlincə, İoseliani məsələnin hökumət tərəfindən həll etməsini bildirib.

Bununla yanaşı, o, maraqlanan hər bir həkimə siyasətçiyə baş çəkmək imkanı verilməli olduğunu da deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ictimai müdafiəçi Saakaşvilinin cəzasının təxirə salınması üçün Strasburq Məhkəməsinə iddia qaldırması mövzusuna da münasibət bildirib.

O, iddianı hüquq müdafiəçiləri tərəfində hazırlamalı olduğunu bildirib.

Ombudsman aparatı isə “Vivamed” klinikasından lazımi sənədlərin alınmasına köməklik göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə