Spirtli içkiyə biganə rus muzdluları...

...Deyirəm burada rus yazarı Mixail Evqrafoviç Saltıkov-Şedrin üçün xaç çəkməyə dəyər.

Verilən son məlumatlara görə, Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner” PMC muzdlularının Baxmutdakı şərab zavodunun zirzəmilərində özləri üçün “yuva” qurduqları deyilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin yaraqlılarının Ukrayna şəhərində qalmağa hazırlaşdığını da bildirmişdi.

Qeyd edək ki, bu günlərdə “Vaqneritlər”in yeni “yuva”larında olan “İzvestiya” nəşrinin rusiyalı “müxbiri” Sergey Prudnikov onların şərab katakombalarında yerləşən qərargah, xəstəxana və atıcılıq poliqonlarını lentə alıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, zavodun əsas emalatxanalarından birində son vaxtlara qədər minlərlə litr şərab saxlanılan nəhəng qablar və bundan əlavə zallardan birində hazır məhsullar saxlanılırmış.

Deyilənlərə görə, təkcə bir rəfdə tutumu təxminən 500 şüşə çatan şərablar var(?).

Burada bilirsiniz maraqlısı nədir?

Məsələn, “Vaqneritlər”in dediklərinə görə, hazırda onlar rəflərin şərəbla dolu olmasına baxmayaraq, spirtli içki tərəfə heç “gözlərinin ucu ilə” belə baxmırlar.

Amma bəzən, şeytan onları yoldan çıxarır deyə, bəziləri yarımçıq doldurulmuş spirt şüşələrindən istifadə edirlər. Dediklərinə görə, guya bu onların “atəş bacarıqları”nı çox inkişaf etdirir.

Sizi bilmirəm, amma rusların spirtli içkiyə belə biganəlik nümayiş etdirmələrinə mən inanıram.

...Deyirəm burada rus yazarı Mixail Evqrafoviç Saltıkov-Şedrin üçün xaç çəkməyə dəyər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə