Nikol Ermənistanın yüksək iqtisadi fəallıq göstərdiyini deyir

Nikol Ermənistanın yüksək iqtisadi fəallıq göstərdiyini deyir

Deyirəm, arada adamın özü-özünə təsəlli verməsi yaxşı haldır. Deyim ki, elə Ermənistanın baş naziri Nikol Paşinyan kimi...

Beləliklə, ötən gün Ermənistan hökumətinnin müvafiq strukturlar qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsinin zəruriliyini qeyd edən Nikol Paşinyan, ölkəsinin yüksək iqtisadi fəallığı qoruduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Nikol Paşinyan bunu keçirdiyi növbəti iclasların birində deyib.

Beləliklə, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinad edən baş nazir hökumətin bu il 7 faiz iqtisadi artıma nail olmaq vəzifəsini qarşısına məqsəd kimi qoyduğunu bildirib.

Qeyd edilməlidir ki, adətən ermənilərdə iqtisadi artımla bağlı bütün yenilikləri xalqa həmişə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan çatdırmış olurdu.

Amma bu dəfə belə görünür ki, onun başı qaldadır deyə, ölkədəki iqtisadi artımla bağlı ən son yenilikləri xalqa Nikol Paşinyan çatdırır.

...Nə məsələdir, nə var ki, o gün Vahan Türkiyə ilə bağlı verdiyi açıqlaması ilə, başına da iş açmış olub.

Deyim ki, elə də bir şey deməyib. Sadəcə olaraq, Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problem olmadığı halda, erməni şirkətlərinin hələ də Türkiyə bazarına çıxışı olmadığını deyərək, bununla da ermənilərin qəzəbinə gəlib.

Onun Tükiyə ilə sərhədlərin açılması “təhlükədən daha çox fürsətdir” deməsi isə...az qala o boyda vəzifəsi ilə vidalaşmaqla sonunclana bilərmiş.

Deyəsən, Nikol girib qanının arasına,.. nə isə, bizlik deyil.

Amma, bu dəfə Ermənistandakı son tərəqqi ilə bağlı bütün göstəriciləri, qeyd etdiyimiz kimi, Vahanın yerinə Nikol ermənilərə çatdırmış olub.

Belə ki, erməni baş nazir davamlı iqtisadi artımın və hökumətin tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün ardıcıl işin vacib olduğunu vurğulayıb.

...Deyirəm bu ermənilər, hər şeyə də vaxt tapırlar ey.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə