Fransada növbəti polis zorakılığı

Fransada növbəti polis zorakılığı

Fransada keçirilən etiraz aksiyaları zamanı polis zorakılığı nəticəsində etirazçılardan birinin sağ gözü zədələnib. SİA yerli KİV-ə istinadən xəbər verir ki, gözünü tamamilə itirən aksiya iştirakçısı məhkəməyə müraciət edib.

Bildirilir ki, hadisə 2019-cu ildə baş verib. Aksiya iştirakçısının rezin güllə nəticəsində gözünü itirdiyi qeyd olunur.

Məhkəmə etirazçıya 15 min avro təzminat ödənilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə