“Şimal axını 2” yaxınlığında tapılan obyekt adi şamandıraymış

Bu arada “Şimal axını 2” yaxınlığında tapılan obyekt dənizin dibindən qaldırılıb və... onun dəniz şamandırası olduğu üzə çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Danimarka Enerji Agentliyinin rəsmi portalda dərc olunmuş bəyanatında deyilir.

Martın 28-də “Şimal axını 2” yaxınlığında tapılan obyektin qaldırılması üzrə işlər yekunlaşıb. Danimarka Enerji Agentliyinin məlumatına görə, işlər 73 metr dərinlikdə aparılıb.

Qeyd olunur ki, “Şimal axını 2” qaz kəmərinin yaxınlığında tapılan obyekt təhlükəsizliyə heç bir təhlükə yaratmayan dəniz tüstü şamandırası olub. Adətən onlar, buraxılışda vurğulandığı kimi, su altındakı obyektlərin vizual işarələnməsi üçün istifadə olunur.

Qeyd edək ki, obyektin- şamandıranın qaldırılması zamanı “Şimal axını 2 AG” operator şirkətinin nümayəndəsinin də iştirak etdiyi bildirilir.

Yeri gəlmişkən, prezident Vladimir Putin martın 14-də Danimarkanın ərazi sularında “Şimal axını 2” yaxınlığında Baltik dənizinin dibində naməlum obyektin olması barədə danışmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə