"Rus hərbçiləri Artemovskda qəhrəmanlıq möcüzələri göstərirlər"

"Rus hərbçiləri Artemovskda qəhrəmanlıq möcüzələri göstərirlər"

Kreml Artemovsk (Baxmut) yaxınlığında qəhrəmanlıq möcüzələri göstərən rus hərbçilərinə uğurlar arzulayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri martın 29-da Kremlin sözçüsü Dmitri Peskov deyib.

Vladimir Zelenskinin Kiyevin Artemovskda (Baxmutda) uduzacağı təqdirdə Rusiya ilə güzəştə getməyə məcbur olacağını irəli sürdüyü Ukrayna rəhbərinin bəyanatını şərh edən Dmitri Peskov “Kiyev rejiminin öz prioritetlərini müəyyənləşdirdiyini” vurğulayıb.

Rus hərbçilərinə gəlincə, Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Artemovsk (Baxmut) uğrunda gedən şiddətli döyüşlər zamanı onlar qəhrəmanlıq möcüzələri göstərirlər.

“Xüsusi hərbi əməliyyat davam edir. Bilirik ki, Artemovsk uğrunda şiddətli döyüşlər gedir. Bizimkilər qəhrəmanlıq möcüzələri göstərirlər. Biz onlara uğurlar arzulayırıq”, - Kremlin sözçüsü jurnalistlərə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə