Avropa Ukraynaya bir milyon mərmi verəcək

Avropa Ukraynaya bir milyon mərmi verəcək

...Ötən həftə Avropa İttifaqı bir il ərzində Ukraynaya 1 milyon artilleriya mərmisinin ötürülməsi barədə qərarı təsdiqləyib. Bu, Silahlı Qüvvələrin döyüş meydanında daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Estoniyanın “err.ee” portalına müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O qeyd edib ki, Estoniya olmasaydı, bu qərar heç vaxt qəbul olunmazdı, çünki avropalı tərəfdaşları Ukraynanı daha çox sursatla təmin etməyə inandıran şəxs məhz Estoniyanın müdafiə naziri Hanno Pevkur olub.

Reznikovun dediyinə görə, bu təşəbbüs məhz Estoniyanın lobbiçilik fəaliyyəti sayəsində yaranıb.

Müharibə şəraitində həmişə silah qıtlığı yarana bildiyini xatırladan ukraynalı nazir, sülh gələnə qədər həmişə yeni silah təchizatına ehtiyac olacağını bildirib.
Reznikov Ukrayna Silahlı Qüvvələrinin gündə 4 mindən 7 minə, Rusiya ordusu isə 20 minə qədər mərmi atdığı zaman niyə hələ də bərabərsizlik olduğunu izah edib. Onun sözlərinə görə, Rusiya Federasiyasındakı iri anbar ehtiyatları sikkənin yalnız bir üzüdür.

Maraqlıdır ki, Reznikov Qərb silahlarının üstünlükləri barədə də danışıb.

Məsələn, onun dediyinə görə, sovet topunun hədəfi məhv etmək üçün 10 mərmi lazım olduğu halda, daha dəqiq Qərb topu bu işi cəmi iki raundla yerinə yetirə bilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə