NATO ölkələri faktiki olaraq Kiyev rejiminin tərəfində vuruşur.

NATO ölkələri faktiki olaraq Kiyev rejiminin tərəfində vuruşur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdollahian ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Rusiyalı diplomatın fikrincə, münaqişənin dərinliyinə çəkiləcək yer yoxdur.

İranlı həmkarı ilə mətbuat konfransı zamanı “biz bir daha NATO ölkələrinin təxribatçı xəttinə diqqət çəkdik”-deyən Sergey Lavrov Qərbin Ukraynadakı münaqişəni dayandırmaq istəmədiyi fikrini də bildirib.

Qeyd edək ki, NATO ölkələrinin Ukraynadakı münaqişənin tərəfi olması faktını daha əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə