“Sanksiyalar hələ də Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”

“Sanksiyalar hələ də Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”

Qərbin gələcəkdə tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə martın 29-da Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə bildirib.

Bunun ortamüddətli perspektivdə mümkünlüyünü deyən Rusiya dövlətinin başçısının sözlərinə görə, “bu baxımdan, biz daxili tələbatın davamlı artımını təmin etməliyik”, - deyə bildirib.

Bundan əlavə, Putin qeyd edib ki, indiki vəziyyətdə iqtisadi artımın aparıcı amili məhz tələbatdır.

Xatırladaq ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin 2022-ci ildə Rusiyaya ən güclü sanksiya zərbəsi aldığını bildirmişdi.

Yeri gəlmişkən, İsveçin baş naziri Ulf Kristersson hazırda Avropa İttifaqında Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin müzakirə olunmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə