"Bu əks-hücum Kiyev üçün son çağırış olacaq"

Ukrayna Silahlı Qüvvələrinin mümkün əks hücumu Kiyev üçün son çağırış olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Solovyov Live”ın efirində Çeçenistan rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov danışıb.

Onun sözlərinə görə, guya Ukrayna artıq tükənib, yəni hazırda bu ölkədə vuruşası adam qalmayıb.

Qərb ölkələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilən hərbi texnikaya gəlincə, Alaudinov, gətirilən silahların haradasa, Qərbi Ukraynan hansısa bir sakit ərazisindəsə saxlandıqlarını bildirib.

Maraqlıdır ki, Alaudinov, bu silahların Ukraynaya çatdırılması və saxlanmasında böyük problemlər olduğunu da Solovyovun diqqətinə çatdırıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak, Ukrayna Silahlı Qüvvələrinin təxminən iki ay ərzində əks-hücum planlaşdırdıqlarını bildirmişdi.

Yeri gəlmişkən onu da qeyd edək ki, Çexiya prezidenti Petr Pavel, Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücum əməliyyatına başlamaq üçün yalnız bir cəhdi olacağını bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə