BMT Ukraynada din azadlığını təmin etməyə çağırıb

BMT Ukraynada din azadlığını təmin etməyə çağırıb

Bu arada Birləşmiş Millətlər Təşkilatı Ukraynada dini etiqad azadlığının təmin edilməsinin tərəfdarı kimi çıxış edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk çıxış edib.

Onun sözlərinə görə, insan hüquqları ilə bağlı bütün azadlıqlara riayət olunması BMT üçün çox vacibdir.

Türkün fikrincə, bura din, ifadə azadlığı, insan hüquqlarının indiki bütün aspektləri də daxildir.

Yeri gəlmişkən qeyd edək ki, martın 24-də ofisinin dərc etdiyi dövri hesabatda bu barədə müxtəlif məqamlara da toxunulub.

Xatırladaq ki, məqam düşmüşkən, BMT səlahiyyətlisi Rusiyanın Ukraynadakı hərəkətlərini də tənqid edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Kiyev-Peçersk Lavrası Ukrayna Pravoslav Kilsəsinin rahiblərinə monastırın binalarını tərk etmək əmri verilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə