Meksikada beyin şişindən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi əməliyyat zamanı 4 saat gitara çalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cərrah əməliyyat zamanı xəstənin şüurlu olması lazım olduğunu bildirdikdə müəllimin gitara çalmağa üstünlük verdiyi və beləliklə onun danışma və eşitmə kimi funksiyalarının əməliyyat zamanı anında izlənilə bildiyi bildirilib. Əməliyyatı həyata keçirən cərrah xəstəsinin əməliyyat zamanı heç bir ağrı hiss etmədiyini bildirərək, bu üsul sayəsində 2 həftə kimi qısa müddətdə gündəlik fəaliyyətini müstəqil şəkildə həyata keçirə bildiyini bildirib. Əməliyyatın problemsiz keçdiyi və bu üsulun Nayarit vilayətinin tarixində ilk dəfə tətbiq edildiyi açıqlanıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB