Çimborazo əyalətinin Alausi qəsəbəsində sürüşmə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ekvador Milli Risklərin İdarə Edilməsi Katibliyinin bəyanatında təbii fəlakət nəticəsində indiyədək 16 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü, 10 nəfərin yaralandığı qeyd edilib.
Səlahiyyətlilər, bir çox məhəllənin yerin altında qaldığını və təxminən 500 nəfərin həyatına mənfi təsir etdiyini bildirib.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB