İsveçin vəliəhd şahzadəsi bu ölkəyə səfər edəcək

İsveçin vəliəhd şahzadəsi Viktoriya Gürcüstana səfər edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı İsveçin Gürcüstandakı səfirliyi “Facebook”da yayıb.

Bildirilib ki, martın 30-dək davam edəcək səfər çərçivəsində Şahzadə Viktoriya Gürcüstan Prezidenti Salome Zurabivili və Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası ilə görüşəcək.

Səfərin İsveçin 2023-cü ilin ikinci yarısında Avropa İttifaqı Şurasına prezidentliyi proqramı çərçivəsində baş tutacağı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə