İki PKK terrorçusu da təhlükəsizlik qüvvələrinə təslim olub

İraqın şimalında həyata keçirilən ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın iki üzvü gizləndikləri mağaradan çıxaraq təslim olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi qətiyyətli əməliyyatlar nəticəsində PKK terrorçuları təslim olmağa davam edir.
Bu çərçivədə İraqın şimalında həyata keçirilən ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində PKK-nın iki üzvü də gizləndikləri mağaradan çıxaraq təslim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə