Almaniya Ukraynaya 18 tank göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius tankların cəbhədə həlledici töhfə verəcəyinə əmin olduğunu bildirib: “Söz verdiyimiz kimi, biz tankları vaxtında ukraynalı dostlarımıza çatdırdıq".
120 millimetr top mərmilərindən istifadə edilən çox qatlı kompozit zirehlərə malik "Leopard 2" NATO ölkələrinin istehsal etdiyi ən yaxşı tanklardan biri hesab olunur. Rusiyanın T-90 tanklarına qarşı hazırlanmış "Leopard 2"lərin Qərbdə istehsal edilən digər tanklara nisbətən daha asan saxlandığı və daha az yanacaq sərf etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB