Yunanıstanda ümumi seçkilərin mayın 21-də keçiriləcəyi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Nazirlər Şurasının iclasından öncə verdiyi açıqlamada 2019-cu ilin yayından bu yana şuranın 50 tur iclas keçirdiyini bildirib.
Təxminən 4 ilə yaxın davam edən Yeni Demokratiya hakimiyyəti dövründə atılan addımları və yaşanan çətinlikləri xatırladan Mitsotakis, seçkilərin 4 illik dövrün sonunda, mayın 21-də keçiriləcəyini qeyd edib.
Baş nazir Mitsotakis bəyan edib ki, seçkilər ikinci tura keçərsə, ikinci tur iyulda keçiriləcək.
Qeyd edək ki, Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası 2019-cu ilin iyulunda keçirilən ümumi seçkilərdə 39,85 faiz səslə təkbaşına hakimiyyətə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB