Yaşlı əhalinin artdığı İtaliyada bu insanların qayğısına qalmaqda problemlər yaranıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimalındakı Carpi bölgəsində bu problemlərin həlli üçün müşavirə keçirilib. Robotlar yaşlı qohumlarının baxıcılarına və peşəkar baxıcılara təqdim edilib.
Avropanın ən aşağı doğum göstəricilərindən biri olan ölkədə 60 milyon əhalinin 7 milyonu 75 yaşdan yuxarıdır. Bu insanların 3,8 milyonu özlərinə baxa bilmir. "The New-York Times" (NYT) İtaliyada yaşlıların ümumiyyətlə qocalar evlərinə yerləşdirilmədiyini vurğulayıb. İtaliyada qocalar evindən daha çox evdə qulluğa üstünlük verilir. Burada qocalara qulluq edən tək bir şəxsə dövlət yardımı verilib. Bu ildən etibarən ödənişli məzuniyyət və digər müavinətlərin ailə daxilində bölüşdürülməsi nəzərdə tutulur.
Parma Universitetinin psixologiya professoru Olimpia Pino layihəsində ailələrə və baxıcılara kömək etmək üçün evlərə robotlar gətirmək istəyir. İştirakçıları əsasən qadınlardan ibarət olan iclasda cihaz haqqında rəy bildirilib. Görüşün məqsədi robotları italyanlar üçün daha maraqlı etmək və onların hansı mövzularda kömək edə biləcəyini müəyyən etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB