"Makron bu qayəsindən geri addım atacaq" -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Makron bu qayəsindən geri addım atacaq" -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransa və İranda baş verən etirazlar indiki dövr üçün elementar insan hüquqları ilə bağlı vəziyyətin kifayət qədər pisləşdiyini göstərir. Əslində İranda uzun illər insan hüquqları ilə bağlı ciddi problemlər hökm sürürdü ki, məhz bu problemlərin nəticəsi olaraq İran xalqı artıq aylardır öz mübarizəsini davam etdirir. Hesab edirəm ki, İranda insan hüquqları ilə bağlı baş verən problemlər ciddi nəticələrə səbəb olacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, İrandakı etiraz aksiyaları İranda dünya dövlət modelinin qurulması ilə də nəticələnə bilər: "Artıq İran rejimi aksiyaların ciddi nəticələr verəcəyini gördüyü üçün aksiyaçılara qarşı sərt və kəskin davranışlar nümayiş etdirir.

Digər bir məsələ isə Fransada baş verən aksiyalardır. Fransa indiyə qədər sarı jiletlilər və bir çox insan hüquqları ilə bağlı tələblərə qarşı çox kəskin mövqe ortaya qoyub. Demokratiya və haqq-ədalətdən danışan Fransa və fransız polisi insanların ən sadə hüquqlarını belə olduqca kobud formada qəsb edirlər.

Təəssüflər olsun ki, bu günə qədər Fransanın həyata keçirdiyi kobud insan hüquqları ilə bağlı dünya birliyindən lazımlı reaksiyaların verildiyinin şahidi olmamışıq. Amma istənilən halda Makronun qanunsuz pensiya islahatlarına qarşı Fransa xalqının müqaviməti bundan sonra da davam edəcək. Fransızlar Makron və onun komandasının özbaşına, Fransa xalqının qərarı olmadan həyata keçirdiyi dırnaqarası islahatlara qarşı müqaviməti davam etdirəcəklər. Hesab edirəm ki, nəticə etibarı ilə Makron bu qayəsindən geriyə addım atacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə