2012-ci ildə evləndikdən sonra 300 milyon dollar sərvət əldə edən aktyorlar Bleyk Layvli və Rayan Reynolds "Hollivudun ən zəngin cütlüyü" olmaq üzrədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, dörd övladı olan kanadalı aktyor Rayan Reynolds və onun həyat yoldaşı amerikalı aktyor Bleyk Layvli 11 ildir ki, Hollivudda xoşbəxt evlidirlər. İkili 2012-ci ildə evləndikdən sonra əldə etdikləri 300 milyon dollar sərvət ilə də diqqət çəkir. Kino sənayesi ilə yanaşı bir sıra uğurlu biznes sövdələşmələri edən Reynolds və Layvli tərəfindən qurulan “pul imperiyası”nın arxasında məşhur aktyorun işgüzarlığı dayanır.
Brend eksperti Steysi Cons Britaniyanın "Dail Mail" qəzetinə açıqlama verərək, məşhur aktyor barəsində danışıb: “O, təkcə Hollivud ulduzu deyil, həm də Amerika marketinq mədəniyyətinin dahisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB