Koronavirus epidemiyası 2020-ci ildə başlayanda Şimali Koreya ordusu Çindən ölkəyə girişin qarşısını almaq üçün sərhəddə qoşunlar yığmışdı. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iki ildən artıqdır ki, sərhəddə xidmət göstərən qoşunlar fevralın 25-dən tədricən öz hissələrinə qayıtmağa başlayıblar. Lakin bu qayıdış zamanı əsgərlər 653 mərmi itiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, martın 7-də güllələrin itdiyi məlum olub. Güllələri öz səyləri ilə tapa bilməyən əsgərlər səlahiyyətlilərə məlumat verməli olublar. Hadisədən xəbər tutan prezident Kim Çen İn 200 min əhalisi olan Hyesan şəhərinin karantinə alınması barədə göstəriş verib.
Şəhərə bütün giriş-çıxışlar bağlanıb. Əsgərlər evlərdə axtarışlara başlayıb. Mərmilər tapılmayana qədər karantinin qaldırılmayacağı açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB