ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-ın Tennessi ştatında məktəbdə atışma baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Tennessi ştatının Nashville şəhərində kilsəyə məxsus məktəbdə baş verən atışmada ölənlərin sayı artıb. Səlahiyyətlilər hücumda 3-ü uşaq və 3-ü böyük olmaqla 6 nəfərin həyatını itirdiyini açıqlayıb. Nashville Polis Departamentinin sözçüsü Don Aaron hücum edənin gənc qadın olduğunu bildirərək, hücum edəndə ən azı iki yarı avtomatik tüfəng və bir tapança olduğunu bildirib. Hücumçunun vurularaq zərərsizləşdirildiyi, lakin şəxsiyyətinin hələlik məlum olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə