Zelenski Zaporojyeyə səfər etdi - FOTO

Zelenski Zaporojyeyə səfər etdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin intensiv olduğu Zaporojye bölgəsinə səfər edib. SİA xəbər verir ki, bu haqda Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

Səfər çərçivəsində Zelenski regionun ön mövqelərində xidmət edən Ukrayna əsgərləri ilə görüşüb.

Zelenskiyə cəbhədəki son vəziyyət, texnika və sursat barədə məlumat verilib.

Ukrayna Preazidenti əsgərlər qarşısındakı çıxışında, “Mən burada olmaqdan şərəf duyuram və dövlətimizi, hamımızı, suverenliyimizi, şəhərlərimizi, uşaqlarımızı qoruduğunuz üçün sizə təşəkkür edirəm. Hamımıza qələbə arzulayıram. Yaşayın və vuruşun. Sizin kimi insanlarla mütləq qalib gələcəyik”, - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə