BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin “Şimal axını”nda baş verən təxribatın araşdırılmasına dair qətnaməsini qəbul etməyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, qətnaməni Rusiya, Çin və Braziliya dəstəkləsə də, amma heç kim əleyhinə də səs verməyib.
Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, BƏƏ, ABŞ, Fransa, İsveçrə, Ekvador, Yaponiya səsvermədə bitərəf qalıblar.
Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya qətnamənin birgə təşəbbüskarı olub.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Danimarka, İsveç və Almaniya da daxil olmaqla BMT ölkələrini “Şimal axını”nda təxribatın araşdırılmasında təşkilatın komissiyası ilə əməkdaşlığa çağırdığı bildirilirdi.
Moskva həmçinin BMT-nin baş katibi Antonio Quterreşi insidentlə bağlı tam və müstəqil beynəlxalq araşdırma aparmaq üçün komissiya yaratmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB