Ukrayna NATO tipli hücuma keçə bilməyəcək..?

Ukrayna NATO tipli hücuma keçə bilməyəcək..?

Ukrayna Silahlı Qüvvələri NATO bazalarında təlim keçib, Qərb texnikası almış hərbi personala malik olsalar da, NATO tipli hücuma keçə bilməyəcəklər.

Bilmək olmur, “Wall Street Journal” bu məlumatı ruslara təskinlik vermək üçünmü yayıb?

Beləliklə, “Wall Street Journal” yazır ki, guya NATO adətən hücumu həmişə kütləvi hava hücumu ilə başlayır. Ukrayna Silahlı Qüvvələrinin isə belə imkanları yoxdur.

...Təlimlərə və NATO avadanlıqlarının axınına baxmayaraq, Ukrayna NATO tipli hücuma keçə bilməyəcək.

Bu arada ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Con Naql, Ukrayna Silahlı Qüvvələrinin azsaylı qırıcı və döyüş helikopterinə diqqət çəkərək, Kiyev komandanlığının onları hücumda riskə atacağına elə də inanmır.

Çox güman ki, hərbi ekspert Qərbin yerüstü dəqiq uzaqmənzilli silahlarından istifadə etməklə böyük hücumu hesab edir.

Belə ki, döyüşlərə ABŞ və digər NATO ölkələrindən alınan “MLRS” və digər artilleriya cəlb olunacaq.

Bundan sonra hərbi ekspertlərin fikrincə, quru qoşunlarının genişmiqyaslı hücumu başlayacaq.

Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin bu hücumu hələ də NATO-nun müəyyən edilmiş standartlarından əhəmiyyətli dərəcədə fərqlənəcək.

“Böyük fərq ondadır ki, ABŞ və ya müttəfiq qüvvələr müasir döyüş tanklarının avanqardına rəhbərlik edəcək, Ukrayna qüvvələri isə onların çox az hissəsinə malik olacaqlar”.

Qeyd edək ki, bunu da “Wall Street Journal”da ye alan məqalə müəllifləri yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə