ABŞ-ın Tennessi ştatının Naşvil şəhərində xristian məktəbində atışma nəticəsində üç uşaq və üç yetkinlik yaşına çatmış şəxs ölüb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Neşvil şəhərinin Polis Departamenti özünün “Twitter“ səhifəsində məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı qadın məktəbə atəş açıb. Daha əvvəl Reuters polis sözçüsünə istinadən yeniyetmə qızın atəş açdığını bildirib.
“Polis atəş açan şəxsə qarşı tədbir görüb və nəticədə həlak olub”, - deyə polis idarəsindən bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB