Ukrayna Almaniya və ABŞ-dan zirehli texnika aldığını təsdiqlədi

Ukrayna Almaniya və ABŞ-dan zirehli texnika aldığını təsdiqlədi

Bu arada Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Böyük Britaniya, Almaniya və ABŞ-dan zirehli texnikanın alındıqlarını təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə xəbəri özünün “Facebook” səhifəsində (Rusiya Federasiyasında qadağan olunmuş sosial şəbəkə; Rusiya Federasiyasında ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilmiş Meta korporasiyasına məxsusdur) yayıb.

Müdafiə nazirinin sözlərinə görə, zirehli texnikalar artıq hava hücumu qoşunlarının xidmətinə başlayıb.

“Bu gün mən Ukrayna Hava-Desant Hücum Qüvvələrinin komandanı, general-mayor Maksim “Mayk” Mirqorodski və paraşütçülərimizlə birlikdə gücləndirilmiş bölmələrimizlə Böyük Britaniyadan gətirilən “Challenger”, ABŞ-dan gətirilən “Stryker” və “Cougar”, eləcə də Almaniyadan göndərilən “Marder”ləri sınaqdan keçirmək şərəfinə nail oldum”.

Qeyd etdiyimiz kimi, Ukraynanın müdafiə naziri deyib bunu.

Yeri gəlmişkən, martın 27-də Böyük Britaniyada olan Ukrayna Silahlı Qüvvələrinin tankçıları “Challenger 2” tanklarının idarə olunması üzrə təlim kursunu başa vurublar. Birgə döyüş işləri üzrə təlimlər bir neçə həftə davam edib və Ukrayna hərbçiləri artıq öz vətənlərinə qayıdıblar. Ehtimal olunur ki, bu ekipajlar Kiyevin planlaşdırdığı əks-hücum əməliyyatında iştirak edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə