Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzv olmaq ərizəsini dəstəkləyib və müvafiq sənədi ratifikasiya edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Magyar Nemzet” nəşri yazıb.
Qeyd edək ki, nəşr Macarıstan parlamentində səsvermənin nəticələrini də təqdim edir.
Beləliklə, bu qərarı 117 deputat dəstəkləyib, 40 deputat əleyhinə səs verib, 18 deputat isə bitərəf qalıb.
Xatırladaq ki, bundan əvvəl Finlandiya prezidenti Sauli Niinistö ölkənin NATO-ya daxil olması ilə bağlı qanunları imzalamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB