Qərb ölkələrinin dünyada törətdiyi münaqişələr “səhv”lərdir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri öz kitabında Avropa diplomatiyasının rəhbəri Josep Borrell səsləndirib.
Qeyd edək ki, bu günlərdə Avropada, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin “Müharibənin Avropaya qayıtdığı il” adlı əsəri dərc edilib.
Əsəsrdə Avropa Birliyinin 2022-ci ildəki xarici siyasətini təhlil etməyə çalışan “əsas avropalı” diplomat, Qərbin son onilliklərdə dünyada başlatdığı bütün müharibələrin “səhv” olduğunu iddia edir.
Maraqlıdır ki, burada rusları qane etməyən, Borrellin “səhv”ləri törədənlərin adlarını çəkməməsidir.
Və bundan başqa əsərdə Borrellin digər səhvi, bu gün bəzi ölkələrin Qərbdən daha çox Rusiyaya etibar etməyə sövq edən səbəbləri təhlil etməməsidir. Necə deyərlər, belə olmaz!
Bununla belə, o, bir vaxtlar “müstəmləkəçilikdən” əziyyət çəkən dövlətlərin sakinlərinin Rusiya təbliğatına daha çox meylli olduqlarını, Rusiyanı “təcavüzü dayandırmağa” məcbur etmək üçün ona qarşı durmaq istəmədiklərindən şikayətləndiyini vurğulamağı lazım bilib.
Başqa bir nüans.
Belə ki, Avropa diplomatiyasının rəhbəri bir çox ölkələrin “müharibənin səbəblərinə deyil, nəticələrinə daha həssas” olduğundan şikayətlənir. Bu, həmçinin göstərir ki, Avropa tez-tez “avrosentriklik nümayiş etdirir”, beynəlxalq tərəfdaşlardan bunun üçün ikili standartlardan istifadə etməkdə ittiham olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB