Rusiya Federasiyası təkcə dünyada mövcud olan kollektiv təhlükəsizliyin hüquqi sistemini yox, həm də nüvə silahının yayılmaması rejimini pozur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vladimir Yelçenko “Espresso”nun efirində deyib.
O, Belarusda nüvə silahının yerləşdirilməsinın Çinə arxadan zərbə olacağını da istisna etməyib.
...Si Sinpinq Moskvaya səfərindən bir neçə gün belə keçmədi və dərhal Putin mümkün olan hər şeyi pozmağa başladı. Qeyd edək ki, Çinlə imzalanan sənədlərdən birində açıq mətndə ÇXR və Rusiya üçüncü dövlətlərin ərazisində nüvə silahı yerləşdirməyəcəyi deyilir.
Bunları deyən ukraynalı diplomatın fikrincə, Kremlin hərəkətləri az-çox mövcud olan Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin birbaşa, həyasızcasına pozulmasıdır.
“Bu, bu gün mövcud olduğumuz dünya nizamının əsaslarından biridir. Digər tərəfdən, əgər Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüququn bütün prinsiplərinə çoxdan tüpürübsə, indi Putin dünyada mövcud olan nüvə rejimini pozmağa keçib”.
...Deyən Yelçenkoya görə, bu gün Rusiya gözlənilən şeyi edir - o, nəinki kollektiv təhlükəsizliyin hüquqi sistemini sökməyə başlayır, həm də dünyada mövcud olan nüvə silahının yayılmaması rejiminə də əl atıb. Məhz elə buna görə də Putin və Lukaşenko bağışlanmayacaq!
Eyni zamanda diplomat bu vəziyyəti elə də gözlənilməz hesab etmir. Onun fikrincə, Rusiya faktiki olaraq onsuz da Belarus ərazisini işğal edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB