Belarusda yanacağın qiyməti azala-azala gedir...

Belarusda yanacağın qiyməti azala-azala gedir...

Belarusda martın 28-dən yanacağın qiyməti yenidən dəyişəcək, yəni ucuzlaşacaq.

SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi, martın 27-də “Belneftexim” şirkəti məlumat yayıb.

Çərşənbə axşamı günündən Belarus yanacaqdoldurma məntəqələrində yeni qiymətlər qüvvəyə minəcək:

AI-95-K5-Avro benzini - litr üçün 2,42 rubl;

AI-92-K5-Avro benzini - hər biri 2,32 rubl;

AI-98-K5-Avro benzini - litr üçün 2,64 rubl;

Dizel yanacağı - hər biri 2,42 rubl.

Qeyd edək ki, qiymətlər ənənəvi olaraq 1 qəpik ucuzlaşıb.

Xatırladaq ki, Belarusda yanacağın ucuzlaşması martın 7-dən başlayıb. Qeyd edək ki, onda da qiymətlər 1 qəpik ucuzlaşmışdı.

Maraqlıdır ki, yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətinin ucuzlaşması 1 qəpik də olsa, amma hər həftə baş verməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə