Rusiyameylli xakerlər Fransa parlamentinin saytını dağıdıb

Rusiyameylli xakerlər Fransa parlamentinin saytını dağıdıb

Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.

SİA APA-ya istinadən xəbər verir ki, hücumu rusiyameylli “NoName” haker qrupu həyata keçirib.

Qrup Teleqram hesabında bildirib ki, hücum Fransanın Ukraynadakı “neofaşist rejimə” dəstəyinə görə edilib.

Parlamentin yuxarı palatası – Senatın da saytı hücuma məruz qalsa da, giriş mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə