Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Fransanın Ankaradakı səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Fransanın Ankaradakı səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG və onun qadın qolu YPJ-nin üzvlərinin Fransa Senatında qarşılanmasına dair etirazı çatdırılıb, bu hadisənin qəbuledilməz olduğu və qınandığı bildirilib.

PKK/PYD/YPG-nin Türkiyə və suriyalılara qarşı hücumları, bölgədəki separatçı və sabitliyi pozan fəaliyyətləri bir daha səfirin diqqətinə bir daha çatdırılıb.

Səfirə terrorla mübarizə çərçivəsində Fransa rəsmilərindən gözləntilər təkrarlanıb və bu kontekstdə Fransanın PKK-nın Suriyadakı qollarına beynəlxalq legitimlik verilməsi səylərinə üstünlük verməməsi; Türkiyenin sərhədlərinin və türk xalqının təhlükəsizliyi ilə Suriyanın birliyini və ərazi bütövlüyünün qorumasını dəstəkləməsi və müttəfiqlik ruhuna uyğun həmrəylik nümayiş etdirməsi istənilib.

Digər tərəfdən, Türkiyənin Parisdəki səfirliyi tərəfindən də Fransanın müvafiq orqanları qarşısında mövzu ilə bağlı təşəbbüs apararaq, Türkiyenin reaksiyası sərt şəkildə ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə