Burkina Faso “France 24” telekanalının yayımını dayandırıb

Burkina Faso “France 24” telekanalının yayımını dayandırıb

Qərbi Afrika ölkəsi Burkina Faso ilə Fransa arasında gərginlik artaraq davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Vaqaduqu administrasiyası “France 24” telekanalının ölkədə yayımını dayandırıb. Buna fransız yayımçısının “Əl-Qaidə” terror təşkilatının qondarma Şimali Afrika lideri ilə müsahibəsinin dərci Səbəb göstərilib. Kanalın terrorçular üçün ünsiyyət vasitəsi kimi çıxış etdiyi irəli sürülüb.

“France 24” martın 6-da “Əl-Qaidə” terror təşkilatının Şimali Afrika lideri adlandırılan şəxslə müsahibəni dərc edib. Yanvarda Vaqaduqu rəhbərliyi isə Fransaya qoşunlarını ölkədən çıxarmaq üçün nota verib. Fransa kanalı bundan əvvəl də terror təşkilatı PKK-ya dəstək verən verilişlər aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə