Putin Türkiyəyə rəsmi səfərə getməyəcək!

Putin Türkiyəyə rəsmi səfərə getməyəcək!

Kreml Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfərinə hazırlaşmır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bazar ertəsi, martın 27-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, bundan əvvəl Peskovdan bazar ertəsi səhər bir neçə türk mediasında yer alan xəbərlərə münasibət bildirməsi istənilib.

Belə ki, Türkiyə mətbuatı Vladimir Putinin tezliklə Türkiyəyə gəlişi üçün Ankarada hazırlıqlara başlanıldığını, lakin bu səfərlə bağlı məlumatların ciddi şəkildə məxfi saxlanıldığını yazıb.

Peskov xəbərlərin real olmadığını bildirib.

Kremlin rəsmi nümayəndəsi bu məsələ ilə bağlı başqa şərh verməyib.

Bundan əvvəl məlum olub ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb və Ukraynadakı vəziyyəti, taxıl müqaviləsini, eləcə də Moskva ilə Ankara arasında münasibətləri müzakirə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə