"...ABŞ-ı məhv etməyə qadir müasir unikal silahlara malikik"

"...ABŞ-ı məhv etməyə qadir müasir unikal silahlara malikik"

ABŞ-ın Rusiyaya qarşı “səssiz qabaqlayıcı zərbə”nin mümkünlüyünə özünü inanandırsa da, amma aldanır, çünki Moskvanın istənilən rəqibi məhv etməyə qadir unikal silaha malik olduğunu bilmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Qeyd edək ki, Rusiya rəsmisi bu barədə bazar ertəsi, martın 27-də dərc olunan “Rossiyskaya qazeta”ya müsahibəsində danışıb.

Patruşevin sözlərinə görə, ABŞ-ın ölkələr arasında birbaşa qarşıdurma baş verəcəyi təqdirdə Rusiyanı qabaqlayıcı raket zərbəsi ilə məhv etmək ümidlərinin artıq praktiki əhəmiyyəti yoxdur.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, “Qərbdə kimsə artıq hərbi qələbəyə səbəb olacaq revanşdan danışır”, lakin bu baş verməyəcək.

“...Nədənsə, öz təbliğatlarının əsiri olan amerikalı siyasətçilər əmindirlər ki, Rusiya ilə birbaşa münaqişə yaranarsa, ABŞ qabaqlayıcı raket zərbəsi endirməyə qadirdir, və guya bundan sonra Rusiya artıq cavab verə bilməyəcək?” Patruşevin fikrincə, bu axmaqlıqla yanaşı, həm də çox təhlükəlidir.

Hazırda Rusiya “istənilən düşməni, o cümlədən ABŞ-ı əgər Rusiyanın mövcudluğuna təhlükə yaradarsa məhv etməyə qadir müasir unikal silahlara malikdir”.

Amma maraqlıdır ki, Patruşev bu silahın nə olduğunu və necə işlədiyini izah etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə