Yunanıstanın başı mafiya ilə dərddədir

Yunanıstanın başı mafiya ilə dərddədir

Yunanıstanın məşhur Mikonos tətil adasında inşaat mafiyası tərəfindən təhdid edilən arxeoloqlardan Manolis Psarros hücum zamanı ağır yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, axşam işdən çıxarkən başına sərt bir cisimlə vurulan Psarros hücumçu qaçarkən huşunu itirib. Bildirilib ki, xəstəxanaya aparılan arxeoloqun qabırğaları və burnu sınıb, üzündə göyərmə izləri var. Polis hücumla bağlı tikinti mafiyasını günahlandırır. Baş nazir Mitsotakis mafiya qarşısında boyun əyməyəcəklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə